Bu axşam DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində millimiz ikinci oyununa çıxacaq. Korner.az-ın məlumatına görə, Foqtslu yığmanın rəqibi Portuqaliya seçməsidi. Səfərdə qarşılaşacağımız rəqiblə indiyə kimi 4 dəfə qarşılaşmışıq. AÇ-2008-in seçmə qrup mərhələsinə millimiz Ronaldolu portuqallarla iki dəfə üz-üzə gəlib və hər iki görüşdə məğlub olmuşuq – 0:3, 0:2. Gəlin həmin tarixə qayıdaq və hər iki matçda vurulan qolları bir daha izləyək.
