2014-cü il dünya çempionatının qrup mərhələsi çərçivəsində milli komandamız səfərdə Rusiyanın qonağı olacaq. Rusiya yığması bizə yad rəqib deyil. DÇ-2010-cu ilin seçmə qrup mərhələsində də, rəqibimiz olan şimal qonşumuzla oyunlarda hələki yığmamız qələbə qazanmayıb.
Milli komandamız 2010-cu ilin martın 28-də Moskvanın “Lujniki” stadionunda keçirilmiş matçda Rusiyaya 0:2 hesabı ilə uduzsa da, həmin ilin oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 1:1-lik heç-heçə etmişdi.
Korner.az tarixə səyahət edərək sizə 2 il bundan öncəki hər iki qarşılaşmanın videogörüntülərini təqdim edir.
