Tapılan meyitin Sala olduğu təsdiqləndi
08.02.2019 , 10:09

Uelsin “Kardif” klubunun yeni transferi Emiliano Salanın da içində olduğu itən təyyarədən tapılan cəsədin kimliyi bəlli olub.
Tibbi ekspertiza meyitin Sala olduğunu müəyyən edib. Məlumatı İngiltərə polisi də təsdiqləyib. Hələlik pilot David İbbotson tapılmayıb.
Qeyd edək ki, argentinalı futbolçu yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.
