Tanınmış idman jurnalisti Olimpiya Kompleksinə direktor təyin olundu
19.10.2022 , 17:46

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Korner.az xəbər verir ki, bu posta tanınmış idman jurnalisti Elşən Məmmədov təyin olunub.
Məmmədov bu vəzifədə Məcid Məcidovu əvəzləyib.
Elşən Məmmədov 23 ilədək idman mətbuatında – “Şərq” və “Futbol+” qəzetləri, APA Sport, Lent.az və “Report” İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. O, “Tərəqqi” medalı ilə təltif olunub. Həmçinin E.Məmmədov İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il “İlin Qalibləri” layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.
