Tanınmış idman jurnalisti də deputat olmaq istəyir: Namizədliyini verdi
11.01.2020 , 13:52

Tanınmış idman jurnalisti, ATV-də redaktor vəzifəsində çalışan İlkin Fikrətoğlu da deputat olmaq istəyir.
Korner.az-ın əldə etdiyi məlumata görə, İlkin 54 saylı Şabran – Siyəzən seçki dairəsindən deputatlığa namizəddir. O imzaları toplayarayaq, DSK-ya təqdim edib. Yaxın günlərdə namizədliyinin qeydə alınacağı gözlənilir.
Qeyd edək ki, Parlament seçkiləri 9 fevral tarixində baş tutacaq.
