Tanınmış futbolçunun yeni klubu
23.01.2025 , 15:12

Tanınmış oyunçu Racca Nainqqolanın yeni ünvanı müəyyənləşib.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Avropada davam etdirəcək.
36 yaşlı yarımmüdafiəçi Belçika II Liqasının “Lokeren” klubunda çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nainqqolan ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
