Tanınmış futbolçunun yeni klubu
13.02.2025 , 14:30
Tanınmış futbolçu Leven Kurzavanın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
O, sözügedən ölkənin “Boavişta” klubuna keçib.
Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda azad agent olan oyunçu ilə bu ilin iyununa qədər müqavilə imzalanıb.
