Tanınmış futbolçunun evinə silahla hücum etdilər
02.12.2024 , 17:57
“Lion”un hücumçusu Jorj Mikautadze xoşagəlməz hadisə ilə üzləşib.
Korner.az xəbər verir ki, futbolçu silahlı hücuma məruz qalıb.
Hadisə dünən oyunçunun “Nitsa” ilə görüşdən sonra evə qayıdan zaman baş verib.
Gürcü forvard evə girərkən üzlərində maska olan şəxslər onu qarşılayıb. İki nəfər soyğunçu Mikautadze ilə birlikdə evə daxil olub.
Oğrular futbolçunun evindən 250 min avro dəyərində əşyalar aparıb. 24 yaşlı oyunçu hadisə ilə bağlı polisə xəbər verib.
O, bu gün sosial media hesabında paylaşım edərək “Mən yaxşıyam və heç bir fiziki zərər görməmişəm. Çoxsaylı dəstək mesajlarınız üçün təşəkkür edirəm” , – deyə oyunçu paylaşımında qeyd edib.
Mina Musayeva