Tanınmış futbolçu klubunu dəyişir?
03.03.2025 , 15:00

“Atalanta”nın vingeri Ademola Lukman 4 nəhəng klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, nigeriyalı futbolçunun xidmətində “Liverpul”, “Arsenal”, “Tottenhem” və “Çelsi”nin maraqlı olduğu iddia olunur.
Xarici KİV yazır ki, forvard klubunu dəyişməyə müsbət baxır və Berqamo təmsilçisi onu baha qiymətə satmağa hazırdır.
Lukman cari mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib. O, bu görüşlərdə 17 qol və 7 məhsuldar ötürməyə imza atıb.
