“Tamamilə fərqli oyun olacaq” – Dani Kintana
02.10.2019 , 22:47

Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, futbolçu oyunla bağlı bunları deyib:
“Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki “Düdelanj” tam başqa komandadır, yetəri qədər təcrübələri var, tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq”.
