Futbol

“Tallison “Neftçi”nin təklifini rədd edə bilməyəcəyini dedi”

04.06.2020 , 12:01

“Neftçi” ilə anlaşan Braziliyanın “Quarani” klubunun futbolçusu Tallison sosial hesabında azarkeşlərlə vidalaşıb.

O, klubun azarkeşlərinə təşəkkür edib:

“Bu gün “Quarani”dən ayrıldım. Burada karyeramın ən önəmli hadisələrindən birini yaşadım. Bu qızıl dövrdə xüsusi hədəflərimə də nail oldum. Bu klubu və azarkeşləri həmişə yaddaşımda saxlayacağam. Təşəkkürlər!”

28 yaşlı cinah müdafiəçisinin Braziliya klubu ilə müqaviləsi apreldə bitmişdi. Klub ona yeni müqavilə təklif etsə də, “Neftçi”nin sərfəli müqavilə şərtlərini irəli sürməsindən sonra braziliyalı oyunçu Bakı klubuna keçməyə qərar verib. O, “ağ-qaralar”la 3 illik anlaşıb.

O, ötən mövsüm Braziliya B Seriyasında 24 oyun keçirib.

Klubun baş meneceri Miçel Alveş “Correio” nəşrinə açıqlamasında Tallisonun “Neftçi”nin sərfəli təklifini rədd edə bilmədiyini deyib:

“Neftçi”nin 3 illik sərfəli müqavilə təklifi ilə rəqabət apara bilməzdik. Tallison mənə zəng etdi və təşəkkür edib bildirdi ki, bu, rədd edilməz təklifdir”.

Son yazılar

Yuxarı