Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”da icarə əsasında oynayan Taliskanın mövsümün sonunda komandadan getmək ehtimalı artıb.
Korner.az-ın məlumatına görə, bu haqda “Takvim” xəbər yayıb.
“Mançester Yunayted” və “Liverpul” braziliyalı oyunçu üçün hərəkət keçib. Hər iki klub “Benfika”ya məxsus olan yarımmüdafiəçi üçün müqavilədə nəzərdə tutulan 23 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdı.
