Türkiyədəki təlim-məşq toplanışını davam etdirən "İnter" ötən gün ikitərəfli oyun keçirib. Korner.az-ın məlumatına görə, qarşılaşma "Green Park" otelinin meydançasında baş tutub.
Komandanın futbolçuları iki heyətə bölünüblər – sarı gödəkçəli komanda və narıncı gödəkcəli komanda. Oyun "narıncıların" xeyrinə başa çatıb – 2:1. Qalib komandanın heyətində Taleş Şütz və Petar Zlatinov fərqləniblər. "Sarıların" yeqanə qolunun müəllifi isə Baçana Tsxadadze oldu. Qeyd edək ki, bu gün "İnter" bir dəfə məşq edəcək.
