Taleh Məmmədov finala çıxdı
23.04.2021 , 20:46

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Korner.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bu mərhələdə Aleksandrs Yurkyansla (Latviya) qarşılaşıb. Məmmədov 7:1 hesabı ilə qalib gələrək finala adlayıb.
O, qızıl medal uğrunda görüşdə Rusiya təmsilçisi Cambolat Lokyayevlə qarşılaşacaq.
