"Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov dünən "Böyük Final"dan sonra baş verən insidentə münasibətini bildirib.
Əyalət klubunun başqanı Korner.az-a açıqlamasında belə hadisələrin yolverilməz olduğunu bildirib:
"Mən oyuna televiziya vasitəsi ilə baxırdım və orda baş verənləri tam görə bilmədim. Ancaq mətbuatda bu haqda oxudum. Hesab edirəm ki, Respublika günü kimi hamım;z üçün əziz olan bir gündə belə hadislərin yaşanması yolverilməzdi və bununla bağlı ciddi tədbirlər görülməlidi. Unutmaqmalıyıq ki, biz klubundan asılı olmayaraq hamımız azərbaycanlıyıq və Azərbaycanı təmsil edirik".