Taksi sürücüsü idmançını öldürdü
24.04.2019 , 14:04

Braziliyada UFC döyüşçüsü qətlə yetirilib.
ESPN məlumatına görə, braziliyalı idmançı Rodriqo de Lima ilə taksi sürücüsü arasında insident yaşanıb. Daha sonra sürücü maşını 26 yaşlı Rodriqonun üstünə sürüb. Maşının altında qalan idmançı dünyasını dəyişib. Polislər artıq hadisə yerindən qaçan sürücünü axtarır.
Qeyd edək ki, Rodriqo de Lima sonuncu döyüşünü ötən ilin iyun ayında keçirib.
