Superkubok oyunu öncəsi "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun fikirlərini öyrəndik.
Korner.az-a aşıqlamasında klub rəsmisi oyuna həm rəhbərlik, həm də futbolçular səviyyəsində yaxşı hazırlaşdıqlarını qeyd edib.
Süleymanov bildirib ki: "Həm biz, həm də "Xəzər Lənkəran" rəhbərliyi oyuna ciddi hazırlaşırıq. Hətta qarşılıqlı olaraq fikir mübadilələri də aparırıq. Azarkeşlərin yaxşı və gərgin oyun izləyəcəyinə şübhəm yoxdur. Oyunda neqativ halların baş verməməsini diləyirəm. Oyunun Naxçıvanda keçirilməsi də müstəsna haldır. Kim layiqdirsə, o da qalib gəlsin. Əsas odur qazanan Azərbaycan futbolu olsun".