"Hapoel"ə 0:4 hesabı ilə məğlubiyyətdən sonra "Neftçi"nin 3 futbolçusu Rauf Mehdiyev, Rail Məlikov və İqor Mitreski komandadan uzaqlaşdırılıblar.
"Ağ-qaralar"ın vitse-prezidenti Tahir Süleymanov Korner.az– a açıqlamasında komandadan qovulan hər üç futbolçu haqda bunları dedi:
"Bu futbolçular İsraildəki oyunda can yandırmadıqları üçün komandadan uzaqlaşdırılıblar. Oyundan qayıdandan sonra toplantı keçirilib. Məşqçilər korpusu tərəfindən məğlubiyyətdə əsas rolu olan oyunçuların siyahısı təqdim olunub Sadıq Sadıqova. Klub prezidentinin qərarı ilə bu 3 futbolçu komandadan uzaqlaşdırıldılar."