"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Neftçi" – "Qarabağ" oyunundan sonra təşkil edilən mətbuat konfransında öz fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, T.Süleymanov "Neftçi"nin son illər Avropada, Azərbaycanda qazandıqlarının göz qabağında olduğunu deyib.
"Ölkəmizin adını qaldırdığımız halda, bizə qarşı xain planlar qurulur. Ancaq bilsinlər ki, istəklərinə nail ola bilməyəcəklər".
