big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Tahir Süleymanov: “Mənə Azərbaycan futbolu lazım deyil” (MÜSAHİBƏ)

18.06.2013 , 05:54

Hələ ötən mövsümün başa çatmasına xeyli qalmış “Neftçi”nin “UltraNeftçi” fanklubuyla işbirliyinə son qoyduğunu eşidəndə təəccüblənmişdim. Hərçənd, fanklubun rəhbəri Ceyhun Əzizlini “ağ-qaralar”ın o olaydan sonrakı oyunlarında da tribunada görürdüm. Ceyhun giley-güzar edir, klub isə susur, ayrılığın səbəbi haqqında heç bir rəsmi, yaxud qeyri-rəsmi açıqlama vermirdi. Klub rəhbərliyinin mövqeyini öyrənməyə cəhd də etmişdim. O vaxt baş tutmayan bu sual-cavab, Ceyhunun saytımıza müsahibəsinə cavab qismində baş tutdu. Klubun vitse-prezidenti Tahir Süleymanovla görüş bir saata yaxın çəkdi. Tahir bəy “UltraNeftçi”ylə işbirliyinə son qoymaqlarının səbəbini açıqladı. Hərçənd, mən onun göstərdiyi səbəbi, 3-5 ay bundan əvvələ qədər bir nöqtəyə çəkic döyən iki adamın arasına düşən nifaqa əsas kimi qəbul edə bilmədim. Görünür, ortada bu gün üstü örtülən, ancaq bir gün mütləq açılacaq başqa mətləblər var…

– Tahir bəy, başlayaq “UltraNeftçi” fanklubunun rəhbəri Ceyhun Əzizlinin müsahibəsindən. Sizin ünvanınıza kifayət qədər sərt ittihamlar səsləndirib. İstər bayraq söhbəti, istərsə də Ruslan Abışovla bağlı açıqlamaları. Əslində, “Neftçi” özünə yaxın olan fanklubla niyə üzülüşdü məsələsinə Ceyhunun bu açıqlamasından əvvəl münasibət bildirməyinizi istəmişdim. O vaxt alınmamışdı. İndi həm ittihamlar var barənizdə, həm də fürsət düşmüşkən, bəlkə, nəhayət, açıqlayasız, “UltraNeftçi”ylə əməkdaşlığı niyə bitirdiz? Avropada ilkə imza atmış bir klub iddia edir ki, peşəkaram, ancaq peşəkar klubun meyarlarından olan fanklub məsələsində bu cür addım atır.
– Açığı, mənim elə boş vaxtım olmur ki, mətbuatı mütəmadi izləyim. Ancaq eşidəndə ki, sizin saytda belə bir müsahibə var, açıb oxudum. Və xeyli güldüm. Cəfəng fikirlərdi hamısı.
O ki qaldı fanklublara, “Neftçi”nin heç bir rəsmi fanklubu yoxdu və olmayıb. Fanklub azad olmalıdı, müstəqil fəaliyyət göstərməlidi. Sadəcə olaraq, “Neftçi” azarkeşlərə münasibətindən dolayı, nəinki forma verib – bu, gülüş doğurur – çox işlər görüb. Ancaq çox təəssüf ki, bunun qarşılığını görmədik. İctimaiyyəti yanıltmaq istəyirlər. Məqsədləri odu ki, futbol ictimaiyyətində xaos olsun və bundan istifadə etsinlər.
Bir faktı deyəcəm. Milan “İnter”iylə Bakıda keçirdiyimiz Avroliqa oyununun bilet satışından 250 min dollara yaxın pul qazandıq. Hətta müraciət edən fanklublara pulsuz bilet də paylamışdıq. “Neftçi” tarixən azarkeş sarıdan korluq çəkməyib.
“Mançester Yunayted”, “Barselona” kimi klublar ev oyunlarının bilet satışından 3-5 milyon avro pul götürür. Və bu klubların azarkeşi biletə pul verib stadiona gəlməsiylə fəxr edir. Budu əsl azarkeş. “Neftçi”yə belə azarkeş lazımdı, pulsuz bilet, yaxud pul xatirinə gələnlər yox.
Bu gün Avropada tarix yazmış “Neftçi”yə qarşı irəli sürülən bu cür iddialar bumeranq kimi qayıdıb həmin adamların özlərinə dəyəcək. 2500–3500 manata qol çəkib götürəndə, ofis üçün pul alanda “Neftçi” rəhbərliyi yaxşı idi, indi pisdi? “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı”?

– Belə başa düşdüm ki, onlarla yolların ayrılmasına pul səbəb olub.
– Xeyr. Səbəb odu ki, “Neftçi”nin oyunlarına xahiş-minnətlə azarkeş gətirmək lazım deyil.

– Mən o fanklubun fəaliyyətiylə də, rəhbəriylə də tanışam və inanmıram ki, stadionlara xahiş-minnətlə azarkeş gətirsinlər.
– Dünən-srağagün kubokun finalında stadionda 20 min azarkeş var idi və onların da yarısı “Neftçi” azarkeşləriydi. Vəssalam. Bunun cavabı budu. Bu gün “Neftçi”nin azarkeşləri var ki, nə klubdan bir qəpik vəsait alıblar, nə də səfər oyunlarına getmək üçün yardım istəyiblər və hər zaman da komandaya dəstək veriblər.

– Sizin dediklərinizi başa düşürəm. Ancaq siz də bu cəmiyyətdə fəaliyyət göstərirsiz və yaxşı bilirsiz, bu gün azarkeş elə maddi imkana sahib deyil ki, sevdiyi komandanın səfər oyunlarına, tutalım, Tovuza, Zaqatalaya öz cibinin vəsaiti hesabına getsin.
– Niyə yoxdu? Beynəlxalq oyunlardan əvvəl fikirləşdik ki, biletlər üçün ən minimal qiymət 2 manatdı. Amma o 2 manatlıq biletləri oyunlardan əvvəl “qara bazarda” 20 manata satırdılar. İnsanlar yenə alırdılar həmin biletləri.

– Amma onlar biroyunluq azarkeşlərdi.
– Biroyunluq azarkeş deyillər.

– Biroyunluq azarkeş olmasalar…
(sualımı yarımçıq kəsir) – Saleh bəy, mən fikrimi belə izah edim: həmişə demişəm ki, “Neftçi”nin layiqli azarkeşləri bu gün evlərindədilər. O azarkeşləri stadionlara qaytarmaq üçün Avropada uğurlarımız davamlı olmalıdı…

(sualımı tamamlamaqda israr edirəm) – Tahir bəy, ona görə biroyunluq azarkeşlərdilər dedim ki, Milan “İnter”iylə oyunda 250 min dollarlıq xeyir verirlər, amma tutalım, “Qarabağ”la, “Qəbələ”ylə yaxud digər klublarımızla oyunlarda nəinki 250 min, heç 250 manat da qazandırmırlar klubunuza.
– Bu artıq Azərbaycan futbolunun reallığıdı. Tək “Neftçi”nin yox, bütün klublarımızın problemidi. Bunun da qarşısını almaq üçün… Fürsətdən istifadə edib mətbuata da səslənirəm, “Neftçi”nin bu uğurlarından sonra xaos yaratmağa çalışanlar süni təbliğatla məşğuldular. Açıq deyirəm, Tahir Süleymanovun Azərbaycan futboluna ehtiyacı yoxdu! Azərbaycan futbolunun Tahir Süleymanova ehtiyacı varsa, futbolda qalaram…

– Tahir bəyin Azərbaycan futboluna…
(sualı tamamlamağımı gözləmir) – Möhtəşəm Kipr zəfərimizin canlı şahidisiz. Erməni bayrağının dalğalandığı o stadionda düşmənlərin ürəyini partlatmış klubdu “Neftçi”. Tahir Süleymanov da o klubun bir parçasıdı.
Həmin Ceyhun Əzizli “Neftçi” Kiprdən qayıdanda küçələrdə “Neftçi”, “Neftçi” qışqırırdı. Necə olur, “Neftçi” rəhbərliyi onda yaxşı idi, indi pis?

– Amma həmin Ceyhun Əzizlinin “Neftçi”yə görə başı da yarılıb, polisə də düşüb…
– “Neftçi”yə görə yox.

– “Neftçi”nin oyunlarına görə gedirdi də stadiona.
– “Neftçi”nin azarkeşləri intizamlarıyla seçilməlidilər. Stadionlarda qan tökülməsinin tərəfdarı deyilik…

– Tahir bəy…
– Üzr istəyirəm, fikrimi tamamlayım.

– Buyurun.
– Polisin öz vəzifə borcu var, azarkeşin də öz məsuliyyəti. İngiltərəni yada salaq. Ötən əsrin sonlarında ortaya elə təşkilatçılıq işi qoydular ki, bu gün də stadionlarına 70-80 min azarkeş gəlir, bir qram qan tökülmür. Hamısı teatra gəlmiş kimi gəlir, komandasının oyunundan zövq alıb, evinə qayıdır.

– Mən də sizə Türkiyəni misal çəkə bilərəm.
– Yaxşını misal çəkək də. Niyə pisi nümunə götürməliyik ki?

– Qərbliylə şərqlinin xarakterik fərqliliklərindəndi bu.
– İngiltərə 30 il bundan əvvəl necə idi, indi necədi? Gəlin, yaxşı şeyləri nümunə göstərək.

– Tahir bəy, sizin sözünüzdən belə çıxır ki, polis azarkeşi döyürsə, ona haqq qazandırmaq lazımdı. Özünüz də yaxşı bilirsiz ki, polislər Ceyhun Əzizliyə, onun fanklubuna qarşı necə münasibət göstərirdilər. Ceyhunu dəfələrlə polisə aparırdılar. Özü də gülünc şeylərə görə.
– Bu tipli məsələlərin üzərində çox dayanırıq. Mən istəyirəm, sual verəsiz ki, bir aydan sonra “Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayacaq, klub bu oyunlara necə hazırlaşır? Və azarkeşlərə də sual verilməlidi ki, oyunlara necə hazırlaşırlar.

– “Bakı”yla səfər oyununuzu stadionda izləyənlər arasında Ceyhun Əzizli də var idi. Halbuki siz o oyundan xeyli əvvəl onun fanklubuyla üzülüşmüşdüz.
– Tam yanlış fikirdi. “Neftçi” heç bir fanklubla üzülüşməyib. “Neftçi” nə Tahirindi, nə də bir başqasının. O, xalqın klubudu. Xalqını istəyən şəxs bu klubun oyunlarına gələcək. İstəyir orda Tahir işləsin, yaxud işləməsin. Bu gün o cür cəfəng iddialar ortaya atırlarsa, onlar “Neftçi”nin layiqli azarkeşləri deyillər. “Neftçi”nin tarixində cəmi 2-3 böyük uğur varsa, onlardan biri də Avropa Liqasının qrupuna düşməsidi…

– Çox gözəl, amma “bu uğuru qazanmışıq, bizə heç kim heç nə deyə bilməz” düşüncəsi də yanlışdı.
– Niyə Ceyhun Əzizlidən soruşulmur ki, bu qədər vəsait nə üçün verilirdi sənə?

– Fanklubun ofisinin icarə haqqını ödəyib, işçilərinə pul verib…
– Niyə? Klubun borcudumu ona ofis tutsun?

– Mən bilmirəm sizin anlaşmanız necə olub. Məsələ odu ki, qarşılıqlı razılıq olub aranızda. Detalları da siz bilirsiz.
– Biz bunu Azərbaycan futbolunun inkişafı üçün edirdik. Amma görəndə ki, stadionlara 50 azarkeş gəlir, üstəlik, polislərlə münaqişə yaşayırlar…

– Bir dəqiqə, Tahir bəy, sözünüzü kəsməli olacam. Azarkeş stadiona nə üçün gəlir? Komandasına dəstək üçün. Bunun üçün o, şeypur da, fit də çala bilər, baraban da vura bilər. “UltraNeftçi”nin polislə yaşadığı bir insidenti missal çəkim. Fanklub üzvləri tribunada baraban vururlar, polis deyir, onun səsini kəs, başım ağrıyır. Və siz bu düşüncədəki polisi müdafiə edirsiz, deyirsiz ki, intizamlı azarkeş istəyirik.
– Biz mövsümün sonuna doğru Zaqatalaya da, Qəbələyə də azarkeşsiz getmişdik.

– Və?
– Və o oyunların heç birində uduzmadıq. Qəbələdə də 1 xalı – çempionluq xalını qazanıb, Bakıya qayıtmışıq.

– Belə çıxır ki, “Neftçi”nin tribunadakı azarkeşə ehtiyacı yoxdu?
– Xeyr, mən elə demədim. Bizim ordakı oyunlarımıza “Neftçi”ni istəyən azarkeşlər gəlmişdilər.

– Dünyanın əksər ölkələrində fanklublar sözdə müstəqildilər. Amma klublar tərəfindən onlara hər zaman dəstək verilir. Siz də bayaq dediz ki, “UltraNeftçi”yə ona görə dəstək olurduz ki, Azərbaycan futbolunun inkişafında maraqlı klubsuz…
(sualım tamamlanmadan cavaba keçir) – Bəli, amma gördük ki, o dəstəkdən, ayırdığımız vəsaitdən düzgün istifadə olunmur.

– Düzgün istifadə nəyə deyirsiz? Nə etməliydilər?
– Bir daha təkrar edirəm, bizə klubdan maliyyə dəstəyi almadan oyunlarımıza gələn azarkeş lazımdı. Mən də sual verirəm, niyə bütün ittihamları Tahir Süleymanova yönəldib?

– Bu suala mən cavab verə bilmərəm.
– Çünki ona hər zaman dəstək olan Tahir Süleymanov idi. Niyə Ceyhun Əzizli demir ki, 3-5 ay bundan əvvəl danışmırdı, çünki klubdan pul alırdı. Nə oldu, onda yaxşı idik, indi pis? Deyir ki, nə qədər bugünkü “Neftçi” rəhbərliyi ordadı, o klubla işləmərəm. Mən də sual verirən, bugünədək “Neftçi” rəhbərliyinə görə işləyirdi, yoxsa o emblemə görə?

– Məncə, burda absurd bir şey yoxdu. Misalçün, korner.az milli adı verilən komandanı boykot edib və saytda o komanda haqqında nə bir cümlə, nə də bir foto veririk. Çünki o komandanı ölkənin yox, bir qrup adamın komandası sayırıq.
– Saleh bəy, özləri bilər. “Neftçi” öz yoluna davam edir. Ceyhun Əzizli “Neftçi”nin onminlərlə azarkeşi deyil. Ceyhun Əzizli “Neftçi”nin “İnter”lə oyunda stadiona yığdığı 32 min azarkeş demək deyil.

– Amma Ceyhunun o oyundan əvvəl azarkeşlər arasında necə fəal təbliğat apardığını görmüşəm.
– O təbliğatı da təkbaşına qurmamışdı. Qoy açıqlasın, ona nə qədər bayraq, forma vermişik buna görə. Ofis tutduq, dəfələrlə orda futbolçularla, məşqçilər heyətiylə görüşlər keçirdik, hər oyundan əvvəl atributlar verirdik. Ceyhun Əzizlinin fanklubunun nəinki rayonlara, hətta “Dalğa Arena”ya getməsi üçün də avtobuslar tuturduq. Nə qədər vəsait ayırırdıq.

– Tahir bəy, axı aylıq 2500-3500 manatla – bunun da bir hissəsi icarə haqqıdı – nə etmək olar? Tutaq ki, Ceyhun deyil, sizsiz fanklub rəhbəri, nə edə bilərdiz 2500-3500 manatla?
– Mənim fikrimcə, fankluba vəsait ayrılmamalıdı.

– Amma ayırmışdız axı.
– Bəli, ayırmışdıq. Dedik ki, pulsuzluqdan, şəraitsizlikdən gileylənirsiz, buyurun, bu da pul, gedin ofis açın, təbliğatınızı aparın. 500 azarkeş bir ildən sonra 5000 azarkeş olmalı idi. Niyə olmadı?

– Azərbaycanda bir il ərzində 5000 azarkeş toplamaq mümkün deyil axı, Tahir bəy.
– “Neftçi”nin uğurları fonunda toplamaq olardı.

– Hansı fonda götürürsüz-götürün, bu gün stadionlara azarkeşlərin gəlməməsi, Ceyhunun problem deyil, hamımızın problemidi.
– Bir daha təkrar edirəm, Tahir Süleymanovun Azərbaycan futboluna ehtiyacı yoxdu. Üç il bundan əvvəl televiziya vasitəsiylə milyonlarla tamaşaçıya vəd etmişdim ki, “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşəcək. Doğrudumu?

– Hərçənd, siz Çempionlar Liqasının qrupunu vəd etmişdiz, amma Avropa Liqası da yaxşı uğurdu.
– Bu gün daş-qalaq olunan “Neftçi”nin nə prezidenti, nə vitse-prezidenti, nə də baş məşqçisi əcnəbidi. Futbolçularının da çoxu öz yetirmələridi. Səviyyəli legionerləri Azərbaycana gətirən və bu sahədə rəqabət yaradan da “Neftçi”di. Kimin xoşuna gəlmirsə, deməli, onlara futbol yox, futboldakı xaos, özbaşınalıq lazımdı.

– Tahir bəy, Rövnəq Abdullayevin seçki kampaniyasında Ceyhun Əzizlinin əməyindən istifadə etmisiz?
(duruxur) – Ümumiyyətlə, heç kimin əməyindən… Rövnəq Abdullayev AFFA-nın prezidentidi.

– Söhbət Milli Məclisə seçkidən gedir.
– Mən bunu sizdən eşidirəm.

– Amma Ceyhun iddia edir ki, siz onun əməyindən istifadə etmisiz və əməyini dəyərləndirməmisiz.
– Bunun futbola nə aidiyyəti?

– Bəs sizin Rövnəq Abdullayevin kampaniyasına nə aidiyyətiniz var?
– Cəfəngiyyatdı. Birinci dəfədi sizdən eşidirəm.

– İddiadı və mən də cavabınızı bilmək istəyirəm.
– Çox şey iddia oluna bilər. Rövnəq Abdullayevin seçki kampaniyasında “Neftçi”yə nə ehtiyacı var? “Neftçi” o kampaniyada iştirak etməyib. “Neftçi” sözünü meydanda deyir. Pafos deyil, faktdı bu.

– Ceyhunun daha bir iddiası odu ki, siz ona Ruslan Abışov əleyhinə təbliğat aparmağı tapşırmısız.
– Ruslan Abışov gözəl bilir ki, “Neftçi” rəhbərliyinin ona münasibəti necədi. Buyurun, özündən də soruşun ki, ona qarşı hər hansı mənfi münasibət göstərmişikmi?

– Hər halda, müsahibim sizsiz və bu iddia da sizə yönəldilibsə, siz cavab verməlisiz.
– Ruslan Abışova qarşı heç bir mənfi münasibətimiz yoxdu və ola da bilməz. Əksinə, biz ona həmişə dəstək vermişik və bundan sonra da verəcəyik. Arzumuz da budu ki. “Rubin”də möhkəmlənsin və bütün Azərbaycanı sevindirsin.
Kabinetdə ikilikdə olan söhbətdi. Uzaqbaşı orda şahidlər də ola bilər. Hərçənd, mən kabinet söhbətlərinin kənara çıxmasının tərəfdarı deyiləm. Amma “Neftçi”nin uğurları fonunda Ceyhun Əzizlinin “özünü yandıran” bu kimi açıqlamaları bumeranq effektiylə qayıdıb özünə dəyir.

– Mən Ceyhundan heç vaxt “Neftçi”nin uğurlarına ləkə vuracaq söz eşitməmişəm. Onun narazılığı sizdən – rəhbərlikdəndi.
– “Neftçi”nin son uğurunu qazandıran bu rəhbərlikdi də.

– “UltraNeftçi”nin yaranmasına bilmirəm, amma fəaliyyət göstərməsinə dəstək verən də bu rəhbərlik idi də.
– Bizə müraciət ediblər, bayaq da dediyim kimi, futbolumuzun təbliğatı naminə dəstək olmuşuq. Ancaq bu dəstəkdən lazımınca istifadə etmədilər.

– Yenə deyirsiz ki, lazımınca istifadə etmədilər. Sizin təsəvvürünüzdə “lazımınca istifadə” nədi axı? Mən ona görə bayaq sual verdim ki, sizə ayda 2500-3500 manat versələr, fanklub rəhbəri kimi nə edə bilərsiz.
– 2500 az puldu?

– Az deyil. Amma siz nə edə bilərdiz?
– Aylıq 2500 manatlıq qazancınız olsa, sizin korner.az saytının heç nəyə ehtiyacı olmaz. Yəqin ki, mənimlə razılaşarsan.

– Təbii, razıyam. Ancaq mən iddia edə bilmərəm ki, o pulla 500 nəfərlik fanklubu 5000 nəfərlik fankluba çevirərəm. Və məncə, Azərbaycanda heç kim bunu edə bilməz.
– Hərə öz bacardığı yükün altına girməlidi. Biz 3 il bundan əvvəl gəldik və əldə olan imkanlarla klubu bu səviyyəyə qaldırdıq.

– Tahir bəy, 3 il bundan əvvəl stadiona nə qədər “Neftçi” azarkeşi gəlirdisə, bu gün də o qədər gəlir.
– Xeyr. Üç il bundan əvvəldən fərqli olaraq, “Neftçi” böyük futbola qayıdıb, dünya nəhəngi “İnter”lə, “Partizan”la, “Rubin”lə, APOEL-lə oynadıq.

– Amma azarkeşlərinizin sayı artmadı ki.
– Bunun səbəbi də, bayaq qeyd etdiyim kimi, anti-azarkeş təbliğatının aparılmasıdı. Bu gün futbolumuzda əksəriyyət futboldankənar adamlardı. Onları futbolumuzun uğuru yox, özbaşınalıq, anarxiya maraqlandırır.

– Kimləri nəzərdə tutursuz?
– Əksəriyyət.

– Ceyhun Əzizlimi yaradır xaosu, mətbuatmı, klub rəhbərlərimi? Kim?
– Azərbaycan futbolu göz qabağındadı. Görünən kəndə Tahir Süleymanov lazım deyil. Niyə Syomin gəlir, deyir ki, “Neftçi” kimi klub yaratmaq istəyirəm? Niyə Toşak gəlir, deyir ki, gələn mövsüm ağır olacaq, “Neftçi” kimi rəqiblə oyunlarımız var? Niyə Sxadadze deyir ki, “Neftçi”dəki kimi kollektivim olsa, mən də uğur qazanaram? Niyə digər klubların futbolçuları deyirlər ki, bəli, Azərbaycana ən səviyyəli legionerləri “Neftçi” gətirir? Bunları da Tahir Süleymanov demir ki…

– Hər halda, mən adlarını çəkdiyiniz adamlar kimi deməzdim. Əgər mənim rəqibim “Neftçi”disə, niyə onun kimi komanda olmalıyam? Rəqib “Neftçi”disə, mən istəyərəm, tutalım, “Qalatasaray” kimi komandam olsun.
– Gözəl məqama toxunduz. Üç il bundan əvvəl biz gələndə demişdik ki, bu komandanı qrup mərhələsinə daşıyacağıq. Avropa Liqasının qrupuna düşdük. İndi həmin syominlər, toşaklar da deməlidilər ki, biz komandalarımızı Avropa Liqasına yox, Çempionlar Liqasına daşıyacağıq, “Neftçi”dən də daha yaxşı nəticə qazandıracağıq.

– Tahir Süleymanovun “Neftçi”nin 2013-2014-cü illər mövsümü üçün proqnozu nədi? Söhbət Avropadan gedir.
– Heç bir proqnoz verə bilmərəm. Çünki hələ bilmək olmaz o oyunlara qədər Tahir Süleymanov “Neftçi”də qalacaq, ya yox, futbolda olacaq, ya yox.

– Amma həmin Tahir Süleymanov üç il bundan əvvəl komandanı qrup mərhələsinə aparacaqlarını dedi və proqnozu “tutdu”.
– “Tutdu” yox, elədik.

– Çempionlar Liqasının qrupunu vəd etmişdiz, Avropa Liqasının qrupuna düşdüz.
– Saleh, Allahdan arzum budu ki, bu il iki klubumuz, Çempionlar Liqasını demirəm, Avropa Liqasının qrupuna düşsün. Bu, Azərbaycan futbolunun inkişafı ola bilər. Niyə sual verilmir ki, reytinqdə 37-ci pillədən 32-yə yüksəlmişik və bu il özümüzdən zəif – keçiləsi klublarla qarşılaşacağıq? Niyə sual verilmir ki, iki il bundan əvvələ qədər Zaqreb “Dinamo”su, “Seltik” kimi klublar kabusumuz idi püşkatmada, ancaq bu gün “Neftçi” həmin nəhənglərlə bir səbətdədi? Niyə mətbuat – söhbət hamısından getmir – ölkə futbolunda illərdi heç nəyə nail olmayan, xaos yaratmağa çalışan adamların təbliğatını aparır? “Neftçi”nin uğurlarını görməyənlər ya Azərbaycan futbolunun düşmənləridilər, ya da Kiprdə ayaq altına aldığımız erməni bayrağının qələbəsini istəyənlər. Çünki Azərbaycanda da hələ ermənilər çoxdu.

– Siz ermənilərlə yanaşı yaşamağın tərəfdarı deyilsiz?
– Erməni azərbaycanlıların düşmənidi.

– Amma “30 min erməni gəlinimiz var” – deyilmişdi illər əvvəl.
– Elə azərbaycanlıların özlərinə qiymət verməməsinin nəticəsidi bu. Bir daha vurğulayıram: bu gün “Neftçi”nin nə prezidenti, nə vitse-prezidenti, nə də baş məşqçisi əcnəbidi.

– Yəni, sizin təbirinizcə desək, bu gün “topa tutulmağınızın” səbəbi klubun aparıcı fiqurlarının azərbaycanlılar olmasıdı?
– Bir səbəb də budu.

– Xaosdan çox danışdız, ancaq ölkə kubokunun finalından sonra baş verən qarşıdurmada nə Ceyhun Əzizlinin, nə mətbuatın, nə də bir-birini gözü götürməyən azərbaycanlıların rolu var.
– Həmin əcnəbilərdi də. Toşakın nə işi var idi orda?! Todorovun nə işi var idi orda?! Əcnəbi gəlib hər yerini göstərir burda, amma hələ də Azərbaycandadı. Ancaq misal çəkdiyiniz Türkiyədə bir futbolçunu elə hərəkətinə görə dərhal komandadan qovdular. Hər məsələnin qızışdırıcı kökü var. Təxribata uymağımız, bəli, faktdı. Amma yaşı 60-ı keçmiş, oyundan əvvəl Böyükağa Hacıyevin ağsaqqal dediyi Toşakın nə ixtiyarı var ki, gəlib Saşaya barmaq silkələyir?!

– Tahir bəy, “Neftçi” tam günahsız idi, deyirsiz?
– Todorovun nə ixtiyarı var ki, kiminsə anasını söyür?! Kim dayanardı o söyüşün qarşısında?! Niyə deyilmir ki, oyundan sonra “Neftçi”nin rəhbərliyindən tutmuş, yerli futbolçularına qədər hamı “Xəzər Lənkəran”ın futbolçularıyla öpüşüb-görüşdü?

– Tahir bəy, sual açıq qaldı. Həmin qarşıdurmada “Neftçi”nin günahı yox idi?
– Günahımız təxribata uymaq idi.

– Belə çıxır ki, AFFA İntizam Komitəsi təxribata uyanları cəzalandırdı, təxribata çəkənləri isə yox?
– Qoy bu suala İntizam Komitəsi cavab versin. Bəli, həmin oyunda Toşak cəzalanmalıydı.

– Tahir bəy, “Neftçi”nin mühafizə xidməti əməkdaşlarının meydançada nə işi var idi?
– Mən sizinlə tam razıyam. Oyundan dərhal sonra bu məsələni müzakirə etdik və qərar qəbul olundu ki, mühafizə xidməti yenidən formalaşdırılsın. Amma meydançada “Xəzər Lənkəran”ın mühafizə xidmətinin əməkdaşları var idi. Birtərəfli yanaşmayaq məsələyə.

– Siz “Neftçi” rəsmisisiz və mən də sizin klubla bağlı sualımı sizə verirəm. “Xəzər Lənkəran”la bağlı sualı da o klubun rəsmilərinə verərəm.
– Razıyam ki, “Neftçi”nin mühafizə xidmətinin əməkdaşları oyundan sonra çox lazımsız hərəkətlərə yol verdilər. Onların işi meydançada hər hansı qarşıdurmaya getmək yox, futbolçuları qorumaqdı. Biz obyektiv adamlarıq. Oyundan sonra yaşananlara görə təkcə “Xəzər Lənkəran” azarkeşindən deyil, bütövlükdə ölkəmizin futbol ictimaiyyətindən, mətbuatdan üzr istədim.
Bu biz hansısa azarkeşin, yaxud dezinformasiya mənbəyi olan adamların dediklərini müzakirəyə çıxarmaqdansa, başqa sualların cavabını axtarmalıyıq. Məsələn, niyə “Neftçi” bu uğurları qazandıqdan sonra daş-qalaq olunmağa başladı? Niyə il ərzində 100 milyon dollardan daha çox pulun dövriyyədə olduğu Azərbaycan futbolunu Avropa meydanında layiqincə təmsil edən klub yoxdu illərdi? Niyə Azərbaycan futbolundakı maliyyədən daha az maliyyəsi olan Çexiya, Serbiya, Rumıniya – mın hələ qəpik-quruş alan Belarusu demirəm -, kimi ölkələrin klubları hər il Avropada “at oynadırlar”, ancaq ordakı futbolçulardan daha çox pul alan, ordakı klublardan daha yaxşı maliyyəsi olan bizim klublar, futbolçular heç nə edə bilmirlər? Biz bu suallara cavab axtarmalıyıq.

– Tahir bəy, azarkeş tribunada “istefa” qışqıra bilərmi?
– Təbii ki. Dəfələrlə məni stadionda azarkeşləri müdafiə edən görməmisizmi?

– Bəs AFFA-nın baş katibi Elxan Məmmədov Portuqaliyayla ev oyunundan sonra çıxıb bəyanat verəndə ki, tribunalarda Foqtsu istefaya çağıranlar ölkədə çaxnaşma, qarşıdurma yaradırlar, nə üçün cavab vermədiz? Niyə bu məsələni də bilərəkdən siyasiləşdirəndə mövqeyinizi bildirmədiz? Təkcə siz yox, bütün klublar belə məsələlərdə niyə susurlar?
– Siz araşdırın, görün son dövrlər bu kimi məsələlərdə Tahir Süleymanov kimi kəskin mövqe ortaya qoyan ikinci klub rəsmisi varmı?
Bir aydan sonra Çempionlar Liqasında mübarizəyə başlayacağıq. Bütün diqqətimiz ora, transfer məsələlərinə yönəlib və mətbuatla maraqlanmağa da vaxt ayıra bilmirəm. Baxın, indi saat 12-yə qalıb, gecə yarısıdı. Və mən sizinlə söhbətdən sonra yenidən ofisə qayıdacam ki, transferlərlə bağlı danışıqları davam etdirim. İndi Bakıda gecədisə, Cənubi Amerikada iş saatlarıdı.
Biz “Neftçi” üçün əlimizdən gələni edirik. Ancaq inanın ki, bu təzyiqlərdən, dedi-qodulardan bezmişik.

– Bir müddət əvvəl Böyükağa Hacıyevin, son vaxtlar isə Nikolas Kanalesin komandadan gedəcəyi xəbərlərinə sizin münasibətlərinizi oxudum mətbuatda. Hər iki münasibətdə məğz təxminən belə idi: “Əşi, gedirlər, getsinlər də”.
– Tam yanlış fikirdi. Gah Zikonun adı çəkilir, gah da Rednikin. Bunlar da “Neftçi”yə qarşı qurulmuş təbliğatın bir hissəsidi. Birmənalı şəkildə deyirəm: hazırkı rəhbərlik olduğu müddətdə “Neftçi”yə əcnəbi baş məşqçi gətirilməyəcək! Ötən il bu ərəfələrdə Böyükağa Hacıyev xəstəxanada idi və komandamız Çempionlar Liqasına onsuz başlamışdı. Ancaq hətta o günlərdə də onun yerinə başqa baş məşqçi gətirmək fikrimiz olmadı.
O ki qaldı Kanalesə, gedən getsin, qalan qalsın. Kanalesləri də “Neftçi”yə gətirən bizik. Və “Neftçi” Kanalesdən asılı deyil. Bu gün bir legioner gətirdik (Kardozonu nəzərdə tutur – S.A.), səviyyəsi göz qabağındadı. Heç kimin şübhə etməsin, bu mövsüm Azərbaycandakı ən güclü müdafiəçilərdən olacaq. Kanales olmayacaq, başqası gələcək. Nə problem var ki?

Saleh Arslan

Son yazılar

To Top