"Neftçi"nin çempion heyətindən heç bir futbolçu transferə çıxarılmayacaq"
"Biz kubokun final oyunundan sonra futbolçularımızla müqavilənin uzadılması haqda rəsmi məlumat verəcəyik". Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov deyib. O bu mövsüm müqaviləsi bitəcək futbolçularla yeni sözləşmənin imzalanacağını bildirib:
"Ümumiyyətlə, "Neftçi"nin çempion heyətindən heç bir futbolçu transferə çıxarılmayacaq. Hamısı ilə müqavilənin müddəti uzadılacaq. Sadəcə olaraq danışıqlar gedir və ayın 17-dən sonra hər şey bilinəcək".
Sonda Süleymanov bəzi "ağ-qara"lı futbolçuların mətbuata veridiyi açıqlamalarında onlara yeni müqavilənin təklif olunmaması ilə bağlı fikirlərə belə münasibət bildirdi:
"Kim dedi ki, biz onlara müqavilə təklif etməmişik? Danışıqlar gedir. Həm "Neftçi"də olan futbolçular, həm də gələcək futboçularla bağlı danışıqlar aparılır".
