Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimləri keçirilib. Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək "Neftçi"yə Gürcüstan çempionu "Zestafoni" rəqib olub. Püşkə münasibət öyrənmək üçün "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında bunları dedi:
"Əvvəlcə deyim ki, bizi Nyondakı püşkatmada Böyükağa Hacıyev təmsil edirdi. Püşk bizə Gürcsütan çempionu "Zestafoni"ni rəqib etdi. Gəlin eyforiyaya qapılmayaq. Düzdü, püşk bizə yenə Zaqreb "Dinamo"sunu, "Şalsk" və "Partizan kimi güclüləri də rəqib edə bilərdi… Lakin buna baxmayaraq məqsədimiz iki pillə irəliləyib Avroliqanın qrupuna düşməkdi. Rəqibimizə hörmətlə yanaşırıq və "Neftçi" olaraq mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik".
SƏXAVƏT QURBANOV
