"Hələ bizi "Zestafoni" ilə səfərdə cavab oyunu gözləyir. Düzdü evdə 3:0 hesabı ilə qalib gəlmişik. Ancaq bu hesab 4:0-da ola bilərdi. Allaha da xoş getməz ki, deyək, "Zestafoni"ni artıq keçmişik. Gürcüstandakı cavab oyunundan sonra hər şeyə tam aydınlıq gələcək".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov deyib. Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atıldıqdan sonra "ağ-qaralar" "Jilina" (Slovakiya) – “Hapoel” (Kiryat, İsrail) cütünün qalibi ilə qarşılaşacaqı müəyyənləşib.
T.Süleymanov isə püşkə münasibət bildirərəkən bunları dedi:
"Bizim üçün fərqi yoxdu, "Neftçi"yə kim rəqib olur. Biz sözümüzü meydanda deyirik. Elə potensial rəqiblərimizdən olan Zaqreb "Dinamo"su 10 gün bundan öncə Avstriya toplanışı çərçivəsində yağışı bəhanə gətirərək meydandan qaçdı. Kim bizə rəqib olur-olsun, həmin komandanı məğlub etməyə çalışacağıq"
Səxavət QURBANOV
