"Neftçi"nin sabiq vitse prezidenti Tahir Süleymanov Hakimlər Komitəsinə rəhbər olmaq üçün AFFA-nın qapısını döyməsi və Elxan Məmmədovun yanında olması barədə yayılan məlumatları təkzib edib.
Süleymanov Korner.az-a açıqlamasında futbola qayıtmasının da sual altında olduğunu deyib.
"Bu xəbəri kimlərin nə məqsədlə yaydığını bilmirəm. Amma mən heç vaxt Hakimlər Komitəsinə sədr olmaq üçün AFFA-nın qapısını döyməmişəm, döyməyəcəm də. Bunlar dezinformasiyadır. Heç futbola qayıdıb-qayıtmayacağım bəlli deyil. Elə hiss olunur ki, kimlərsə təşvişə düşüblər. Məqsədli şəkildə dezinformasiya yayırlar. Sadıq Sadıqovun adının çəkilməsi yolverilməzdir. Narahat olmasınlar, öz "işlər"ini davam etdirsinlər. Hələ ki futbola qayıtmaq istəyim yoxdur, o ki qala Hakimlər Komitəsinə sədr getmək", – deyə T.Süleymanov bildirib.
