Tahir Gözəl oyundan əvvəl Qurban Qurbanovla görüşdü
03.11.2022 , 18:48

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Frayburq”la (Almaniya) bu gün keçiriləcək oyundan əvvəl komandanı ziyarət edib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, baş məşqçi Qurban Qurbanovla görüşüb.
Klub rəhbəri “Qarabağ”ın daha bir tarixi oyunu ərəfəsində baş məşqçi Qurban Qurbanova və komandasına inandığını deyib. Tahir Gözəl komandaya uğurlar arzulayıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bu gün Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup səddini keçə bilər.
