"Məncə uzun şərhə ehtiyac yoxdur".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl bu gün keçirilən mətbuat konfransında deyib.
“Qarabağ” dekabrın 15-i püşkda olmalıydı. Klubumuz çox yaxşı oynadı.
"Qarabağ" qalib gəlsə də, hakimin qərarına görə haqqı yeyildi. Ancaq biz səssiz qalmayacağıq. Etirazlarımızı UEFA-ya bildirəcəyik. “Qarabağ” sahibsiz deyil. Nəticəyə təsir etməsə də, ədalət bərpa olunmalıdı. Tarixi qələbə əlimizdən alındı. Rəhbərlik olaraq futbolçulara psixoloji tasir etmək istəməzdik. UEFA-nın məqsədləri arasında mədəniyyətlərarası dialoqdur, yaxınlaşmadır. Güman edirəm ki, UEFA bu ədalətsizliyə göz yummayacaq. İstənilən halda, "Qarabağ" öz yolu ilə davam edəcək, yatırımlarımızı dayandırmayacağıq. Deyə bilmərəm, belkə də futbol geosiyasi hadisələrdən xali deyil. Buna dair sübutum yoxdu.
