Türkiyənin "Qalatasaray" klubunda qapıçılarla işləyən məşqçi Klaudio Taffarel ötən gün ad gününü Braziliya üsulu ilə qeyd edib. Korner.az-ın məlumatına görə, "cim-bom"lu futbolçular məşqdən sonra Taffarelin başında yumurta qırıblar. Sonra isə onlar yumurtanın üstünə un töküblər. Fotolar “Qalatasaray”ın rəsmi saytında da yerləşdirilib.
Qeyd edək ki, Klaudio Taffarel qapıçı olduğu dövrdə 1994-cü ildə Braziliya yığması ilə dünya çempionluğu, 2000-ci ildə isə “Qalatasaray”la UEFA Kubokunu qazanıb.