Hollandiyanın Eydhoven şəhərində keçirilən taekvondo üzrə “Dutch Open” başa çatıb.
Korner.az-ın məlumatına görə, səfərə 19 idmançı ilə yollanan Azərbaycan millisi 2 medal qazanıb.
Belə ki, 49 çəki dərəcəsində tatami üzərinə çıxan Patimat Abakarova ikinci yeri tutub. O, finalda serbiyalı Tijana Boqdanoviçə məğlub olub.
Avropa çempionatının qalibi Radik İsayev isə ardıcıl üçüncü yarışdan da medalla qayıdıb. “Qətər Open”də birinci, “Luxor Open”də ikinci yeri tutan +87 kq çəki dərəcəsindəki təmsilçimiz bu dəfə bürünc medalla kifayətlənib. O, yarımfinalda cənubi koreyalı Ça Donq Minə uduzub.
Qeyd edək ki, komandamız vətənə sabah qayıdacaq.
