Tadiç: “Ayaks” qüsursuz mövsüm keçirir”
01.04.2019 , 14:22

Hollandiyanın “Ayaks” klubunun yarımmüdafiəçisi Duşan Tadiç komandadakı vəziyyətlə bağlı danışıb
Əla bir mövsüm keçirdiklərini deyən serbiyalı yarımmüdafiəçi gənc futbolçuları tərifləyib.
“Bu mövsüm möhtəşəm çıxış edirik. Hazırda ən çox xoşuma gələn və məni motivasiya edən bir şey var. Klubun gənc oyunçuları başqa yerə getmək istəmir və qalıb bizimlə döyüşür.”
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm 43 görüşə çıxıb və 29 qol vurub.
