Təzə gəlmişdi, yenə gedir
19.07.2024 , 12:55

Ötən mövsümü “Lester Siti”də keçirən Yunus Akgün “Qalatasaray”a qayıdıb.
Korner.az xəbər verir ki, ancaq futbolçu klubu ilə yenidən vidalaşa bilər.
24 yaşlı futbolçunun “Hellas Verona”ya transfer olunacağı gözlənilir.
“Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədər davam edən oyunçunun hazırkı bazar dəyəri 5 milyon avrodur.
Ötən mövsüm “Lester Siti”nin heyətində 29 matçda iştirak edən Yunus Akgün 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
