Təxirə salınmış oyunun vaxtı açıqlandı
22.11.2020 , 01:02
Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış “Sabah” – “Səbail” oyununun vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, görüş 23 noyabr saat 16:00-da “Bank Respublika Arena”da baş tutacaq. Bu barədə PFL-in saytı məlumat yayıb.
