Təxirə salınmış matçın vaxtı məlum oldu
11.10.2024 , 17:26

Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun vaxtı məlum olub.
Korner.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Görüş noyabrın 6-da keçiriləcək və saat 19:00-da başlayacaq.
6 noyabr (çərşənbə)
19:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu
