Təxirə salınan oyunların vaxtı açıqlandı
06.03.2020 , 19:13

Koronavirus səbəbindən İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan üç oyunun keçirilmə vaxtı məlum olub.
Korner.az xəbər verir ki, “Atalanta” – “Sassuolo”, “Verona” – “Kalyari” və “Torino” – “Parma” matçları martın 18-də keçiriləcək. Hər üç qarşılaşma azarkeşsiz oynanılacaq.
Təxirə salınan “İnter” – “Sampdoriya” matçının isə vaxtı hələ məlum deyil.
