Ölkə futbolu

Təxirə salınan oyunların vaxtı açıqlandı

26.02.2021 , 19:33

Peşəkar Futbol Liqası qarlı hava şəraiti ilə əlaqədar başa çatdırılmadan dayandırılmış və keçirilməsi mümkün olmayan Birinci Divizion oyunlarının yeni tarixlərini müəyyənləşdirib.

Korner.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Görüşlərin başlanma saatları ilə bağlı əlavə məlumat veriləcək.

Birinci Divizion

13-cü turdan təxirə salınmış oyunlar

23 mart

“Turan Tovuz” – “Sumqayıt”

Tovuz şəhər stadionu, 52-ci dəqiqədən etibarən

“Kəpəz” – “Qaradağ Lökbatan”

Gəncə şəhər stadionu

14-cü turdan təxirə salınmış oyunlar

27 mart

“Sabah-2” – “Keşlə-2”

Masazır. Bank Respublika Arena, ehtiyat meydança

28 mart

“Neftçi-2” – “Sumqayıt-2”

“Neftçi” Futbol Mərkəzi (4-cü meydança)

 MOİK – “Kəpəz”

Binə qəsəbə stadionu

Son yazılar

Yuxarı