Təxirə salınan matçın vaxtı bilindi
04.03.2020 , 17:08

İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınan “Mançester Siti” – “Arsenal” matçının keçirilmə vaxtı məlum olub.
Korner.az xəbər verir ki, martın 11-də keçiriləcək görüş saat 23:30-da start götürəcək.
Premyer Liqanın 28-ci turunun “Mançester Siti” – “Arsenal” oyunu “şəhərlilər”in İngiltərə Liqa kubokunun finalı çərçivəsində “Aston Villa” ilə matçının olması səbəbindən təxirə salınmışdı.
