“Təslim olmayacağıq” – Sulşer
13.02.2019 , 11:03

“PSJ birinci qoldan sonra oyuna nəzarət etməyə başladı. Uzun müddət idi bu səviyyədə oynamadığımızı və öyrənməli olduğumuzu gördük. Bizim üçün yaxşı təcrübə oldu”.
Bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:2 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən deyib.
“Zədələrin məğlubiyyətə səbəb olduğunu demək düzgün deyil. Bizdə yüksək səviyyəli oyunçular və onlar əvəzetmə ilə meydana çıxdılar. Amma Linqard və Marsyal önəmli futbolçulardır.Ümid edirəm ki, onların zədəsi ciddi deyil” – deyə o bildirib.
Norveçli mütəxəssis Parisdə yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb: “Dağlar fəth edilmək üçün yaradılıb. Hələ hər şey bitməyib.Təslim olmayacağıq. Parisə gedəyik və orada öz futbolumuzu oynayacağıq”.
