“Təşəkkür edirəm, amma qəbul etmirəm” – xorvatiyalı futbolçu
20.07.2018 , 18:23

Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.
Bu barədə hücumçu Xorvatiya mətbuatına açıqlama verib.
O, komandasının uğurunda pay sahibi olmadığını əsas gətirərək medalı istəmədiyini deyib: “Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam”.
Qeyd edək ki, Kaliniç xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. O, Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.
