"Oyun normal keçirdi, birinci hissədə üstünlüyümüz göz qabağında idi. Hakimin böyük səhvləri oldu, elə birinci hissədə bizim komandanın 4 futbolçusuna sarı vərəqə göstərdi. İkinci qolda küncdən zərbə yox idi, top Mbilladan çıxmışdı, götürdü, küncdən zərbə verdi. Bundan sonra qol vuruldu".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin gənc müdafiəçisi Tərlan Quliyev dünən baş tutan "Neftçi" – "Xəzər Lənkəran" matçından sonra jurnalistlərə öz açıqlamasında bildirib.
22 yaşlı futbolçu hakimin ona göstərdiyi qırmızı vərəqənin haqqlı olduğunu da qeyd edib: "Mənə verilən qırmızı vərəqə haqqlı idi. Oyunçu ilə toqquşdum və hakim ikinci sarı vərəqə göstərdi mənə. Amma digər futbolçulara göstərilənlər haqqında heçnə deyə bilmərəm, çünki duman idi, görmədim".
