“Bir müddətdir ki, qələbə qazana bilmirik. Zədəlilərin çox olması məni məyus edir. Viktor İqbekoyi, Aleksandr Şemonayev, Valeriy Kutsenko kimi oyunçuların zədədən əziyyət çəkməsi heyətdə problemlər meydana gətirir. Viktorun əməliyyat olunacağı dəqiqdir, Kutsenko isə bu prosesə doğru gedir”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 31-ci turunda “İnter”ə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
“Bu gün ilk onbirlikdə 7 yerli oyunçuya güvənmişdim. Oyunçulara tapşırıqlar vermişdim. Düşünürəm ki, futbolçuların gücü nəyə çatdısa, onu da etdilər. Sadəcə, iki səhv oyunun taleyini həll etdi. Qarşıdakı matçlara baxmalıyıq” – deyə o bildirib.
