“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov komandanın azarkeşləri ilə görüşəcək. Bu barədə o Topaz Premyer Liqası V turunda keçirilən “Neftçi” – “Zirə” oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, baş məşqçidən baş bir neçə futbolçu da onunla olacaq. Görüşün məqsədi azarkeşlərlə komandanın daha yaxın olması və söhbətləşməsi olacaq. Dünən keçirilmiş konfransda Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib:
“Azarkeşlərlə görüş olacaq. Həftəiçi günlərdən birində onlarla görüşəcəyik, bir neçə oyunçu və mən söhbət edib dərdləşəcəyik”
Dünən keçirilmiş matçda “Zirə” komandası “Neftçi”ni məğlub edib – 2:1
