“Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi söhbətlər etdik. Matçda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdür, xoşagəlməzdir. Futbolda belə hallar olur”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Simurq”la bərabərə qaldıqları görüşü (2:2) şərh edərkən deyib.
“Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox oyunlar var. Düzdür, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldır ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0-1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq” – deyə o bildirib.
