Topaz Premyer Liqasının XI turunda “Qarabağ” AZAL-ı 2-0 hesabı ilə məğlub edib xal ehtiyatını zənginləşdirdi.
Korner.az-ın məlumatına görə, qarşılaşmadan sonra AZAL=ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
“Qarabağ”la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. “Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda, vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. “Qarabağ”ı təbrik edirəm. Biz isə “Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi”.
