“Hər iki matçda meydana çıxmış futbolçular 90 dəqiqə əvəzlənmədən oynadı. Ağır fiziki məşqlərdən sonra hər iki hissəni eyni səviyyədə keçirmək çətin olur”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Tərlan Əhmədov dünən Rusiyanın “Mordoviya” klubuna qarşı keçirilən (0:4) oyun haqda danışarkən klubun rəsmi saytına deyib. Əhmədov bildirib ki, qarşıdakı oyunlarda səhvləri aradan qaldırmaq imkanları olacaq: “Üstəlik baxışda olan futbolçuları da yoxladıq. Qarşıda daha 2 yoldaşlıq matçımız var. Demək səhvləri aradan qaldırmaq imkanımız olacaq. Çalışacağıq ki, hazırlıqlar bitənə kimi komandanı tam hazır vəziyyətə gətirək”.
