Tərlan Əhmədov: “Ruslanın oynamaması böyük itki idi”
02.02.2020 , 20:08

Azərbaycan Premyer Liqasının XV turu “Qəbələ” – “Keşlə” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
“Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur. Buna baxmayaraq, futbolçularımın oyunundan, əzmkarlığından razı qaldım. Ruslan Qurbanovun oynamaması bizim üçün böyük itki idi. Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. “Qəbələ” komandasına isə gözəl oyuna görə təşəkkür edirəm”.
