AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçib.
Korner.az-ın məlumatına görə, “Pasuş de Ferreyra”nın düşərgəsində olan Əhmədov fürsətdən istifadə edərək çempionatın 2 matçını stadiondan canlı izləyib.
O, əvvəlcə “Portu” – “Sportinq” (3:0),sonra isə “Belenenseş” – “Pasuş de Ferreyra” (0:1) görüşlərində stadionda olub.
Tərlan Əhmədov dünən gecə saatlarında vətənə qayıdıb. O, bu gün AZAL-ı “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.
