Tərlan Əhmədov: “Matçdan sonrakı insident də derbiyə xas olan bir şey idi”
15.04.2023 , 19:49

Azərbaycan Premyer Liqasının 30-cu turunda keçirilən “Kəpəz” – “Turan Tovuz ” (1:0) oyunundan sonra “Kəpəz”in baş məşçisi Tərlan Əhmədovun mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, mütəxssis qələbəni belə şərh edib:
“Derbi oyununda elə olur ki, bəzən yaxşı oyuna üstünlük vermirsən. Bu görüş futbolçulardan sırf nəticə tələb etmişdim. Onlarda təzyiq, həyəcan hiss olunurdu. Bu da təbii, başadüşülən məsələdir. Komanda oyunu evdə yox, Qəbələdə oynayırdı. Çalışdığımız qədər uğurlu çıxış etməyə səy göstərdik. Futbolçulara göstərdikləri futbola görə təşəkkür edirəm. Ağır oyun oldu. Matçdan sonrakı insident də derbiyə xas olan bir şey idi. Rəqibin də qol vurmaq üçün epizodları oldu. Sadəcə olaraq xoşbəxtlik biz tərəfdə idi”.
