Azərbaycan çempionatının 12-ci turu çərçivəsində keçirilən "İnter" – AZAL (3:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
– Rəqibi təbrik edirəm, çox güclü idilər. Hərdən futbolda elə hadisələr baş verir ki, anlamaq olmur. Bu gün komanda oyuna köklənməməişdi. Bu, mənim günahımdı. Fasilədən yararlana bilməmişdik. Bu gün belə oyun gözləmirdim. Daha aqresiv, istəkli oyun gözləyirdim, amma bu da təcrübədi. Dəyişikliklər olacaq. "Sumqayıt"la matçdan sonra kimlərin gedib, qalacağı bəlli olacaq. Bu il cəlb olunanlardan Aqildən başqa heç kimdən razı deyiləm. Əlimizdəki imkanlardan istifadə edib, yeni oyunçular cəlb etməliyik.
– Rəşad Abdullayevin komandaya gətiriləndə onun liderliyini yəqin ki, nəzərə almışdız. Amma o, hər ötürmədən sonra deyinirdi…
– İndi bunu deyə bilməyəcəm. Amma "Sumqayıt"la oyundan sonra bunu deyəcəm. Artıq yeni futbolçuların axtarışına start verəcəyik. Rəşad təcrübəli oyunçudu. Rail getdikdən sonra meydanda lider oyunçum yoxdu. Rəşad həl ki, uyğunlaşma prossesi yaşayır. Ola bilər digr oyunular onun istədiyini verə bilmir.
– Brayan Foq bugünkü oyunu ilə öz yolunu bağladığını düşünmək olar?
– "Qəbələ" ilə oyundakı heyəti dəyişmək istəmirdik. İlqar Ələkbərovla Adan Koronado olsaydı, bəlkə də Foq meydana çıxacaqdı.
– Klublar Komitəsi AFFA İcraiyyə Komitəsinə təklif edib ki, Premyer Liqada son pillənin sahibi divizionun 3-cü komandası ilə pley-offda üzləşsin. Razısınız ki, AZAL son pillədə qərarlaşacaq?
– Ötən mövsüm 5 turdan sonra hamı AZAL-ın düşəcəyini deyirdi. Amma yekunu hamı gördünüz.Bu gün heç nə itirilməyib. Bu gün noyabrın 20-də söz verirəm ki, AZAL liqada qalacaq.
– Amma ötən mövsüm liqada zəifləmiş "Xəzər Lənkəran" və autsayder "Rəvan"ın varlığında nəyə ümid etmək olardı. Cari mövsümdə rəqib olaraq kimi görürsünüz?
– Heç kimi rəqib saymıram. Ötən mövsüm biz liderlərin hamısından xal almışdıq. Çalışırıq ki, növbəti dövrələdə elə komanda quraq ki, liqada qalaq
