Topaz Premyer Liqası 11-ci turunda AZAL “Neftçi”nin qonağı olub.
Korner.az-ın məlumatına görə, qonaqlar evlərinə 0:4 hesablı məğlubiyyətlə geri dönüb.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyun haqda bunları deyi:
“Komandamdan belə sönük oyun gözləmirdim. Futbolçularımı tanıya bilmədim. Heç bir xətdə nəsə edə bilmədik. Bu oyun da göstərdi ki, komandada görüləcək iş çoxdu. Qış fasiləsinədək turnir cədvəlində yüksələk. Yaxşı ki, qarşıda 20 günlük fasilə var”.
