Superkubok oyunundan sonra “Neftçi” klubunun prezidenti Tərlan Əhmədov açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, Əhmədov bu sözləri deyib:
“Çox istəyirdik ki, bu oyunda qələbə qazanaq. Lakin lik hissədə oyunumuz heç cür alınmadı. İkinci hissədə yaxşı oynadıq, ancaq rəqib də əlinə düşən fürsətdən yaxşı yararlandı”.
Əhmədov Sadıq Sadıqovun məşqçilər korpusunu istefaya göndərəcəyi ilə bağlı iddianın olması barədə verilən suala isə belə cavab verib:
“Bu barədə məlumatım yoxdur. Bizə heç nə deyilməyib. İstefa söhbətini indicə sizdən eşitdim. Biz məşqçilərin işi budur klub idarəçilərinin fikrinə hörmətlə yanaşacağıq”.
