“Neftçi” klubunun məşqçilər korpusu başda Tərlan Əhmədov olmaqla istefa veriblər.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi”nin məşqçilər korpusu-Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər.
Klub rəhbərliyi tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib.